Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri Aslan Uzunov və onun qohumu İsmət Qardaşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, adları çəkilənlər qabaqcadan əlbir olaraq, Poştbinə kəndi ərazisindəki meşə massivində narkotik tərkibli çətənə bitkiləri becəriblər. Polis əməkdaşları həmin əraziyə baxış keçirəndə oradan 22 ədəd aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.