Qobustanda kişilərin davası ölümlə bitdi - YENİLƏNİB
23 iyun 2020 16:03 (UTC +04:00)

Qobustanda kişilərin davası ölümlə bitdi - YENİLƏNİB

Qobustan rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub. 

APA-nın yerli bürosunun xəbərinə görə, Qobustan rayon sakini, 35 yaşlı Rövşən Məhərrəmov dostu olan həmyerlisi, 45 yaşlı Cabarov Elman Ziyadxan oğlunu öz evinə qonaq dəvət edib. Onlar yeyib-içdikdən sonra aralarında dava düşüb. Rövşən mətbəx bıçağı ilə Elmana bir neçə xəsarət yetirib. Elman aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Rövşən həmin evdə tək yaşayır. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

09:27

İyunun 22-də saat 7 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Qobustan rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin Qobustan rayon sakini Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5275
avatar

Mehman Nəbiyev

Oxşar yazılar