Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilən edilmiş qəlyan avadanlıqlarından istifadə etməsi müəyyən edilib. Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan istifadə etmədikləri də aşkar edilib.
Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq rayon Polis Şöbəsinə gətiriliblər. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.