Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də K.Usmanovanın qızıl boyunbağısını və sırğasını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oğurluq edən əvvəllər məhkum olunmuş R.Ramazanov məsuliyyətə cəlb olunub. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.