Qisas almaq məqsədilə güllələdi
08 may 2020 10:39 (UTC +04:00)

Qisas almaq məqsədilə güllələdi

Mayın 7-də saat 11 radələrində 48 yaşlı Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İsmayıllı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla 20 yaşlı Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova 3 dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ş.Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722

Oxşar yazılar

Ticarət mərkəzində FACİƏ:  xadimə 3-cü mərtəbədən yıxıldı

Ticarət mərkəzində FACİƏ: xadimə 3-cü mərtəbədən yıxıldı

16 may 2025 , 10:56
Bakıda FACİƏ:  kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: kişi 10-cu mərtəbədən yıxılıb öldü

16 may 2025 , 10:28
Dünən bank kartlarından 10 min manatdan çox  pul oğurlanıb

Dünən bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

16 may 2025 , 09:55
Naxçıvanda dələduz "məmur"  saxlanıldı

Naxçıvanda dələduz "məmur" saxlanıldı

16 may 2025 , 09:46
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

16 may 2025 , 09:37
Tiktokda   dələduzluq edən TUTULDU

Tiktokda dələduzluq edən TUTULDU

16 may 2025 , 09:32
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

16 may 2025 , 09:23
Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

16 may 2025 , 09:15