Qaraçılar arasında dava ölümlə bitdi
07 may 2020 10:11 (UTC +04:00)

Qaraçılar arasında dava ölümlə bitdi

Yevlaxda qaraçılar arasında dava düşüb.

Lent.az-ın məlumatına hadisə mayın 6-da, saat 14 radələrində şəhərin Kamil Nəsibov küçəsində baş verib. Qaraçı milliyətindən olan keçmiş məhkum 27 yaşlı Dəvrişov Rəşad Rəşid oğlu eyni milliyətdən olan 26 yaşlı Seyidov Ceyhun Məzahir oğlunun qarın nahiyəsinə bir ədəd bıçaq vurub. Nəticədə C.Seyidov aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəyə C.Seyidovun nalayiq ifadə işlətməsinin səbəb olduğu bildirilir. 

Cinayət əməlini törədən R.Dəvrişov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613
avatar

Mehman Nəbiyev

Oxşar yazılar