Qanunsuz işləyən kafe və restoranlar bağlandı - FOTO
10 iyul 2020 15:36 (UTC +04:00)

Qanunsuz işləyən kafe və restoranlar bağlandı - FOTO

Göygöldə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, karantin rejim qaydalarının təmin olunması istiqamətində  Göygöl rayon Polis Şöbəsinin  əməkdaşları tədbirləri davam etdirir.

Keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, Rayon Polis Şöbəsinin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon  ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, rayonun Yalqışlaq kəndində yerləşən iaşə müəssisələrinin  fəaliyyət göstərməsi aşkarlanıb. Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942
avatar

Mehman Nəbiyev

Oxşar yazılar