Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.
Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.