Mayın 13-dən iyunun 1-dək olan müddətdə Gəncə şəhər sakinləri olan 4 qadının çantalarından pul, sənəd və mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənova saxlanılıb.