Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1962-cı il təvəllüdlü Şıxalıyeva İradə Daxil qızını avtomobil vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 58 yaşlı qadını sürücü öz avtomobili ilə xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.