İyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G. Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R. Əsədov müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.