Putin Qələbə Paradının vaxtını təsdiqlədi
30 may 2020 03:12 (UTC +04:00)

Putin Qələbə Paradının vaxtını təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb. 

APA kommersant.ru-ya istinadən xəbər verir ki, sərəncama əsasən, 24 iyun tarixi, həmçinin, qeyri-iş günü elan edilib.

 Moskva vaxtı ilə 10:00-da Qızıl Meydanda və Rusiyanın digər şəhərlərində hərbi texnikaların iştirakı ilə hərbi parad keçiriləcək. Saat 22:00-da isə atəşfəşanlıq keçiriləcək.

Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı. Lakin ölkə prezidenti yubiley paradının daha sonra "geniş və təntənəli şəkildə" qeyd edəcəyinə söz vermişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2944
avatar

Oxşar yazılar