Postu meşə yolu ilə keçmək istədilər, alınmadı - FOTO
02 may 2020 11:36 (UTC +04:00)

Postu meşə yolu ilə keçmək istədilər, alınmadı - FOTO

0


Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mersedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, ancaq sərnişin qismində əyləşən Tərtər rayon sakini Paşa Məmmədovun hər hansısa bir icazəsinin olmadığı müəyyən olunub. Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. 

Karantin rejimi qaydalarını pozduqları üçün onların  barəsində qanunauyğun tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1633

Oxşar yazılar