İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, həmin narkotik bitkilər İsmayıllı rayon sakini İsmayılov Elman Süleyman oğlu və Zardab rayonu sakini Qazıyev Zaur Faiq oğlu tərəfindən kultivasiya yolu ilə yetişdirilib.
Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
İsmayılov Elman Süleyman oğlu və Qazıyev Zaur Faiq oğlu şübhəli şəxs qismində tutulublar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən AR CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaqı davam etdirilir.