Bakıda evdən oğurluq olub.
Lent.az xəbər verir ki, hadisə iyulun 10-u saat 21 radələrində Nəsimi rayonunun 28 May küçəsində yerləşən evlərdən birində baş verib.
Naməlum şəxs Z.Daşdəmirova məxsus evin pəncərəsinin kənarından 600 manat dəyərində mobil telefonu oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 46 yaşlı Toğrul Qasımov müəyyən olunraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.