Özünü blogger adlandıran şəxs 3-cü dəfə CƏRİMƏLƏNDİ
16 may 2020 17:42 (UTC +04:00)

Özünü blogger adlandıran şəxs 3-cü dəfə CƏRİMƏLƏNDİ

Tərtər rayon sakini karantin qaydalarını pozub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, özünü blogger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə pratokolu tərtib edilərək sərbəst buraxılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır. Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3496
avatar

Mehman Nəbiyev

Oxşar yazılar