Sabirabadda Kürdə batan şəxsin meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Ulacalı kəndi batan Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndində tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, 5 uşaq atası olan T. Soltanov ötən gün çaya yıxılıb.