Humanitar atəşkəs rejimini pozaraq Azərbaycan Ordusuna qarşı təxribata əl atan erməni döyüşçü məhv edilib.
Lent.az-ın məlumatına görə, öldürülən hərbçi Aleksandr Harutyunyan Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın dostudur.
Ordumuz tərəfindən zərərsizləşdirilən Harutyunyan Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində də iştirak edib. Onun Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən terrorçulardan biri olduğu deyilir.
Qeyd edək ki, humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.