Aprelin 19-da paytaxt sakini R.Ramazanovanın çantasından 200 manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İsmayılova saxlanılıb.