Bakıda mənzildən oğurluq olub.
Lent.az-ın məlumatına görə, iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgərov küçəsində yerləşən evlərin birindən 700 manat pul oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də oğurluq etdiyi üçün axtarışda olan, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.