Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tovuz Fərman qızı Qəmbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.
Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.