Nazir: "Belələri layiqli cəzalarını alacaq" - VİDEO
12 may 2020 01:58 (UTC +04:00)

Nazir: "Belələri layiqli cəzalarını alacaq" - VİDEO

"Bir müddət əvvəl burda yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burda sahibkarların fəaliyyətinə şərait yaradılıb".

APA-nın məlumatına görə, bunu Binəqədi rayonundakı "EuroHome" tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, FHN mütəmadi olaraq öz səlahiyyəti çərçivəsində  tikinti və yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparır, çatışmazlıqlarla bağlı sahibkarlara xəbərdarlıq edir, hüquq-mühafizə orqanlarına müraciətlər göndərir: " Məsələn, bu sahibkar çox məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir. Bu cür hadisələrdən isə onun özü və burdakı digər sahibkarlar daha çox ziyan çəkir. Mənə belə gəlir ki, bu hadisədən sonra hüquq-mühafizə orqanları bu obyekt haqqında daha ciddi tədbir görəcəklər, belələri layiqli cəzalarını alacaq. Nəzarət qurumlarının göstəriş və təlimatlarına hər bir sahibkar əməl etməlidir".

Nazir qeyd edib ki,  FHN əməkdaşları yanğının qısa müddətdə söndürülməsi üçün çalışıblar və qısa müddətdə yanğın söndürülüb.

Nazir, həmçinin, jurnalistlərə pandemiya dövründə daim qoruyucu maskalardan istifadə etməyi də məsləhət görüb: " Hadisə yerində hamınız maskasızsınız. Halbuki siz bu pandemiya dövründə təhlükəsizlik tədbirlərinə əməl etməyi təbliğ etməli olan şəxslərsiniz. Zəhmət olmasa, özünüzün və digərlərinin təhlükəsizliyi üçün maska taxıb, jurnalist fəaliyyətinizə davam edin".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9412

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15