Nazir karantin rejiminin tələblərini pozaraq həbs edilənlərin sayını açıqladı
21 iyul 2020 19:12 (UTC +04:00)

Nazir karantin rejiminin tələblərini pozaraq həbs edilənlərin sayını açıqladı

"Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb".

APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bildirib ki, ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsi davam etdirilib.

V. Eyvazov qeyd edib ki, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb, onlardan 788 nəfəri həbs edilib, 193 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3838
avatar

Oxşar yazılar