Narkotiklə tutuldu, digər cinayətləri üzə çıxdı - FOTO
04 may 2020 12:37 (UTC +04:00)

Narkotiklə tutuldu, digər cinayətləri üzə çıxdı - FOTO

 

 

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyevi saxlayıblar.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 3 qrama yaxın nakotik vasitə heroin aşkarlanıb. K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları 6 yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da saxlanılıb və hər iki şəxs istintaqa təhvil verilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs, Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar