Bakı şəhər sakinlərindən narkotik maddələr götürülüb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Cəlilov Nərimanov rayonu ərazisində saxlayıblar. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin, “Mercedes” markalı avtomobilindən 584 qrama yaxın heroin, 53 qrama yaxın tiryək, 146 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 665 qram heroin və 289 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə narkotik vasitələri E.Cəlilova verməklə satışını təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Talışlı da müəyyən edilərək saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən metamfetamin, marixuana və narkotik vasitə qəbulu üçün nəzərdə tutulmuş alətlər aşkar edilərək götürülüb.