Müştəriləri maskasız içəri buraxan sahibkarlar cəzalandırılıb - FOTO
12 oktyabr 2020 17:06 (UTC +04:00)

Müştəriləri maskasız içəri buraxan sahibkarlar cəzalandırılıb - FOTO

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktiki reydlər keçirilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Tədbir zamanı apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində intizam tədbirləri görülüb. Polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Abşeron rayonuda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 6:00-dək uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Tbilisidə etirazçılar parlamenti atəşə tutdular

Tbilisidə etirazçılar parlamenti atəşə tutdular

6 dekabr 2024 , 02:03
Bakıda maşın körpüdə qadını  vurdu

Bakıda maşın körpüdə qadını vurdu

6 dekabr 2024 , 01:18
Qaxda maşın divara çırpıldı

Qaxda maşın divara çırpıldı

5 dekabr 2024 , 22:10
Bakıda 50 yaşlı kişi gecəyarı avtomobil oğurladı

Bakıda 50 yaşlı kişi gecəyarı avtomobil oğurladı

5 dekabr 2024 , 19:33
Abbas Şahmuradov Bakı həbsxanasında ÖLDÜ

Abbas Şahmuradov Bakı həbsxanasında ÖLDÜ

5 dekabr 2024 , 16:05
4 nəfəri aldadıb  kartına pul köçürən Bakı sakini tutuldu

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

5 dekabr 2024 , 15:52
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

5 dekabr 2024 , 13:46
Qaçaqmalçı Şaxta baba  axtarışa verildi

Qaçaqmalçı Şaxta baba axtarışa verildi

5 dekabr 2024 , 13:29