Binəqədi rayonu Abay Kunanbayev kuçəsi "Bolluq" bazarının yanında qanunsuz olaraq, müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.
Lent.az-ın məlumatına görə, mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunaraq, ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıblar. Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri müğənni Nəfəsdir.
Qeyd edək ki, əməliyyatı Əlahiddə Çevik Polis Alayının əməkdaşları keçirib.