Məşhur Çaki obrazının yaradıcısı özünü öldürdü
03 may 2020 06:02 (UTC +04:00)

Məşhur Çaki obrazının yaradıcısı özünü öldürdü

 

“Uşaq oyunu” qorxulu filminin ssenaristi və “Uşaq oyunları 2” filminin rejissoru Con Lafiya intihar edib.

APA xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. Lafiya 64 yaşında olub.

Filmlərin baş qəhrəmanı Çaki obrazını və orada işlədilən məşhur “Salam, mən Çakiyəm! Oynayaq?” frazasını məhz Con Lafiya düşünüb.

“Uşaq oyunları” filmi ilə yanaşı, Lafiya “Mavi iquana”, “İnsanın ən yaxşı dostu”, “Siçovul” və digər filmlərin və serialların rejissoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4986
avatar

Oxşar yazılar