Moskvada yol polisi əməkdaşlarına atəş açan şəxs ölüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Lenin prospektində iki polisi yaralayaraq cavab atəşi ilə özü də güllə yarası alan şəxs xəstəxanada keçinib.
***
18:57
Moskvanın qərbində yoldan keçən şəxs travmatik tapançadan polis işçilərinə atəş açıb.
APA RİA “Novosti”yə istinadən xəbər veriri ki, bu barədə məlumatı Rusiya polisi yayıb.
"Bu gün Lenin prospekti, 156 ünvanı yaxınlığında yol polisi əməkdaşları yol qaydalarını pozduğuna görə taksi sürücüsünü saxlayıb. Yoldan keçən bir vətəndaş polis əməkdaşlarına, ilkin ehtimala görə, travmatik silahdan atəş açıb, nəticədə iki polis yaralanıb", - polisin məlumatında deyilir.
Qeyd olunur ki, polislər təcavüz edəni zərərsizləşdirmək üçün "Polis haqqında" Federal Qanuna əsasən, odlu silahdan istifadə edib.
***
18:00
Moskva şəhərinin Leninskiy prospektində, "Salyut" mehmanxanasının yaxınlığında atışma zamanı üç nəfər yaralanıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, atəş taksidən açılıb. Nəticədə, iki polis işçisi və bir sıravi vətəndaş yaralanıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.