İctimai fəal Qiyas İbrahimov cərimələnib.
APA-nın məlumatına görə, Nizami rayon Məhkəməsi Q.İbrahimovun 50 manat cərimə olunmasına dair qərar çıxarıb.
Xatırladaq ki, Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, Q. İbrahimov ötən gün intihara cəhd edib.
BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. Polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində o xilas edilib.