Məhbus təcridxanada özünə mismarla xəsarət yetirdi
11 iyun 2020 19:20 (UTC +04:00)

Məhbus təcridxanada özünə mismarla xəsarət yetirdi

0


Gəncədə məhbus özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində  yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan Qazax rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Cavanşir oğlu  Rəhimov qarnının deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özünə mismarla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2783

Oxşar yazılar