Metroya maskasız daxil olmaq istəyənlərin cəzalandırılmasına başlandı
10 may 2020 12:55 (UTC +04:00)

Metroya maskasız daxil olmaq istəyənlərin cəzalandırılmasına başlandı

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib.

“Bakı Metropoliteni” QSC-dən Lent.az-a verilən məlumata görə, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı metropoliteni fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun qurmalıdır.

Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərəkət edən sərnişinlər tibbi maska taxmalıdırlar. Lakin mayın 9-da metropolitenin “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək mübahisə edib. Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə məhəl qoymayan sərnişin inzibati məsuliyyətə cəlb edilib.

İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş Nicat Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.

Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.

“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6199

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15