Metal əşya ciddi təşviş yaratdı, ANAMA gəldi - FOTO
13 may 2020 08:23 (UTC +04:00)

Metal əşya ciddi təşviş yaratdı, ANAMA gəldi - FOTO

 

Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar qəsəbəsi, Gəncəvi küçəsi ilə Eti Qurbanov küçəsinin kəsişməsində tank əleyhinə minanın tapıldığı bildirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən xəbərə görə, bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları dərhal həmin əraziyə göndərilib və həmin əraziyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın ətrafında 60 kv.m əraziyə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar