Meşədə yeyib-içib karantini pozdular
01 may 2020 15:57 (UTC +04:00)

Meşədə yeyib-içib karantini pozdular

Astarada sakinləri karantini pozaraq meşədə yeyib-içmək təşkil ediblər.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonunun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Həmin şəxslər saxlanılaraq Astara rayon Polis Şöbəsinə gətiriliblər.

Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Mehman Nəbiyev

Oxşar yazılar