Bakının Xəzər rayonunda yerləşən yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına memarlıq abidəsi kimi daxil edilmiş Gənclər, İdman və Turizm Nazirliyinin “Gənclik” istirahət mərkəzinin adı dəyişib.
APA-nın məlumatına görə, Gənclər, İdman və Turizm Nazirliyinin “Gənclik” istirahət mərkəzinin adından Gənclər, İdman və Turizm Nazirliyi sözü çıxarılıb.
Bu abidə “Gənclik” istirahət mərkəzi kimi siyahıda yer alacaq.