Maskalılar sürücünün 10 min dollarını aldı
30 aprel 2020 11:49 (UTC +04:00)

Maskalılar sürücünün 10 min dollarını aldı

0

Bakı sakinini bıçaqla hədələyib 10 min dollar pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1273

Oxşar yazılar