Maşını divara çırpan sürücü öldü
08 may 2020 13:23 (UTC +04:00)

Maşını divara çırpan sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, hadisə mayın 7-də saat 19 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Mehman Nəbiyev

Oxşar yazılar