Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti qeydə alınıb.
Bakı şəhər sakini, 20 yaşlı Tofiq Mütəllimov İdarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.
Hadisə nəticəsində özü və sərnişini, 16 yaşlı Mirişli Qəhrəman Tərlan oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sürücü xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.