Maşın yaşlı kişini vurub öldürdü
15 may 2020 09:32 (UTC +04:00)

Maşın yaşlı kişini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 26 yaşlı Şəmistan Qasımov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə 50-55 yaşlarında kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1810
avatar

Mehman Nəbiyev

Oxşar yazılar