Maşın hasara çırpıldı, xəsarət alanlar var - FOTO
26 iyun 2020 19:54 (UTC +04:00)

Maşın hasara çırpıldı, xəsarət alanlar var - FOTO

0


Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Türkmən kəndində “CHER” markalı, 99 MD 578 dövlət nömrə-nişanlı minik avtomobili idarəetmədən çıxaraq, daş hasara çırpılıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3198

Oxşar yazılar