Masallıda ağır avtoqəza - ÖLƏN VAR
15 may 2020 01:50 (UTC +04:00)

Masallıda ağır avtoqəza - ÖLƏN VAR

 

Masallı rayonunun Çaxırlı kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayon ərazisində “КамАЗ” və “ГАЗ” markalı iki yük avtomobili toqquşub.

Nəticədə “ГАЗ” markalı yük avtomobilinin kabinəsi yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ГАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5254
avatar

Oxşar yazılar