Mingəçevirdə mağazadan oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan noutbuku oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Şəhər Polis Şöbəsində araşdırma aparılır.