Bakıda mağazada soyğunçuluq olub.
Lent.az DİN -in mətbuat xidmətinə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Hacıyev iyulun 13-də rayon ərazisindəki mağazaların birində bir nəfərin ona zor tətbiq edərək 100 manatını aldığını bildriib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən edilərək saxlanılıb.