MTN generalları karantindən evə buraxıldı
21 aprel 2020 17:22 (UTC +04:00)

MTN generalları karantindən evə buraxıldı


Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri Akif Çovdarov və Sübahir Qurbanov 14 günlük karantindən sonra evlərinə buraxılıblar.

Bu barədə APA-ya vəkil Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, hər iki general bu gün saxlandıqları xüsusi xəstəxanadan evlərinə yola salınıblar.

Qeyd edək ki, prezident İlham Əliyev  aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunanlar arasında MTN generalları - Çovdarov Akif Teymurxan oğlu və Qurbanov Sübahir Xalıq oğlu da olub. 

Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq.

Bildirilib ki, bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4033
avatar

Oxşar yazılar