Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.