Lisey yataqxanasından ailələrin köçürülməməsinə aydınlıq gətirildi
04 fevral 2020 18:01 (UTC +04:00)

Lisey yataqxanasından ailələrin köçürülməməsinə aydınlıq gətirildi


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi elektron kütləvi informasiya vasitələrində Kürdəmir peşə liseyinin yataqxanasında bir neçə ailənin hələ də ağır vəziyyətdə yaşaması və yeni mənzilə köçürülməməsi barədə yayılan məlumatla bağlı açıqlama yaylb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 28 dekabr 2019-cu ildə Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürülüb. Bundan başqa, ətraf rayonlarda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrdən də burada mənzillə təmin edilənlər var. Kürdəmirdə köçürülmənin başlandığı ilk obyektlər peşə liseyinin inzibati binası və iki yataqxanası olub. Bu obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrdən 135-nə yeni yaşayış kompleksində mənzil verilib. Mövcud qaydaya əsasən, 4 ailəyə mənzil verilməyib. Həmin ailələrə yeni mənzilin verilməməsi onların mövcud əmlak və status vəziyyəti ilə əlaqədar olub.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ədalət və şəffaflıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.2. bəndinə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir”, - deyə Komitənin mətbuat xidmətindən bildirilib.lisey yataqxanasından bir neçə ailənin köçürülməməsinə aydınlıq gətirib
Komitə Kürdəmirdə lisey yataqxanasından bir neçə ailənin köçürülməməsinə aydınlıq gətirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi elektron kütləvi informasiya vasitələrində Kürdəmir peşə liseyinin yataqxanasında bir neçə ailənin hələ də ağır vəziyyətdə yaşaması və yeni mənzilə köçürülməməsi barədə yayılan məlumatla bağlı açıqlama yaylb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 28 dekabr 2019-cu ildə Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürülüb. Bundan başqa, ətraf rayonlarda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrdən də burada mənzillə təmin edilənlər var. Kürdəmirdə köçürülmənin başlandığı ilk obyektlər peşə liseyinin inzibati binası və iki yataqxanası olub. Bu obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrdən 135-nə yeni yaşayış kompleksində mənzil verilib. Mövcud qaydaya əsasən, 4 ailəyə mənzil verilməyib. Həmin ailələrə yeni mənzilin verilməməsi onların mövcud əmlak və status vəziyyəti ilə əlaqədar olub.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ədalət və şəffaflıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.2. bəndinə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir”, - deyə Komitənin mətbuat xidmətindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288
avatar

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43