Ləğv olunan bank rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi - RƏSMİ
18 may 2020 14:30 (UTC +04:00)

Ləğv olunan bank rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi - RƏSMİ

Ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə Şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə Heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cama açılan cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tamamlanıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan mıəlumata görə, istintaqla onların qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələri aşkarlanıb. Daha sonra həmin pulları 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən olunub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 2019-cu il iyunun 24-də Azərbaycan ərazisinə qayıdarkən tutulub, Əli Cam isə 2019-cu il iyulun 6-da ölkəmizə ekstradisiya olunub. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3794

Oxşar yazılar

Ticarət mərkəzində FACİƏ:  xadimə 3-cü mərtəbədən yıxıldı

Ticarət mərkəzində FACİƏ: xadimə 3-cü mərtəbədən yıxıldı

16 may 2025 , 10:56
Bakıda FACİƏ:  kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: kişi 10-cu mərtəbədən yıxılıb öldü

16 may 2025 , 10:28
Dünən bank kartlarından 10 min manatdan çox  pul oğurlanıb

Dünən bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

16 may 2025 , 09:55
Naxçıvanda dələduz "məmur"  saxlanıldı

Naxçıvanda dələduz "məmur" saxlanıldı

16 may 2025 , 09:46
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

16 may 2025 , 09:37
Tiktokda   dələduzluq edən TUTULDU

Tiktokda dələduzluq edən TUTULDU

16 may 2025 , 09:32
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

16 may 2025 , 09:23
Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

16 may 2025 , 09:15