Sabirabad şəhərinin mərkəzindəki İlham İsgəndərov və ətraf küçələr zibildən təmizlənib. Bu barədə Lent.az-a rayon sakinləri bildiriblər. Onların dediyinə görə, Lent.az-da yayımlanan “Sabirabadın mərkəzində RƏZALƏT: "Bura virus, bakteriya mənbəyidir" xəbərindən sonra rayon rəhbərliyi dərhal tədbir görməyə başlayıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov adıgedən küçəyə gələrək, acınacaqlı durumla tanış olub. Küçə zibildən təmizlənib, əraziyə zibil qutuları qoyulub.