Kür çayında batan şəxslərin meyitləri tapılıb.
Lent.az FHN-nin rəsmi saytına istinadla xəbər verir ki, Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 46 yaşlı Həsənov Namiq Əli oğlunun və 34 yaşlı İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb. Hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.