"Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Lent az-a daxil olan xəbərə görə, bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22400 dollar aşkar edilib.